Dünya futbolu

Salah “Liverpul”un futbolçusu oldu

“Liverpul” “Roma”nın yarımmüdafiəçisi Məhəmməd Salahın transferini rəsmən açıqlayıb.

25 yaşlı yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib. Britaniya mətbuatı misirli futbolçunun “Liverpul”la 2022-ci ilə qədər müqavilə imzaladığını və ilinə 5.5 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, M.Salah ötən mövsüm A seriyasında 31 matçda 15 qol vurub, 13 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43