Dünya futbolu

Simeon Slavçev: “Zubirin driblinqi Modriçdən yaxşıdır”

“Qarabağ”ın bolqarıstanlı legioneri Simeon Slavçev sosial şəbəkə hesabından azarkeşlərin suallarını cavablandırıb. O, gələcək karyerasından və dünya futboluna aid sullara maraqlı cavablar verib:

“Mənə görə “Qarabağ”ın ən yaxşı futbolçuları  Mahir Mədətov, Abdulla Zubir, Yakub Jezniçak, Dani Kintana, Qara Qarayev, Araz Abdullayev, Miçel, Donald Gerye, Filip Ozobiçdir”

Karyeramı daha güclü klublarda davam etdirə bilərəm. Ancaq bunun üçün çox çalışmaq və daha güclü menecerlərlə işləmək lazımdır.

Mənə görə, Zubir çox istedadlı futbolçudur. Hətta onun driblinqi Modriçdən də yaxşıdır.

Hazırda “Qarabağ”da çox xoşbəxtəm. Hələlik Bolqarıstana qayıtmaq bimi bir planım yoxdur. Ancaq gələcəkdə nə olacağını deyə bilmərəm”

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43