Kateqoriyasız

Subaşiç qol vurdu, komandası mərhələ adladı – VİDEO

Türkiyə kubokunda üçüncü turun oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin sabiq üzvü Branimir Subaşiçin şərəfini qorudğu “Manisaspor” öz meydanında  “Zonguldak Kömürspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Manisaspor”un birinci qolunu 9-cu dəqiqədə B.Subaşiç vurub.

Qeyd edək ki,  bu qələbə ilə “Manisaspor” növbəti mərhələyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43