Ölkə futbolu

“Sumqayıt” məşqlərini davam etdirir

Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubu bu günü bir məşq əsnasında başa vurub. 
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Sumqayıt” Samir Abasovun rəhbərliyi altında axşam məşqini keçirib. 

Daha çox toplu çalışmalara üstünlük verən komanda bəzi taktiki gedişlər və standard vəziyyətlər üzərində işləyib. Bundan başqa, futbolçuların sürət dözümlüyü yoxlanılıb. 

Qeyd edək ki, “Sumqayıt” sabah 2 məşqə çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43