Kateqoriyasız

“Sumqayıt”da yubiley

Azərbaycan Premyer Liqasının XVI turunun “İnter”lə oyunu “Sumqayıt” üçün ilk və yubileylə əlamətdar olub.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı məlumata görə, “Gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə paytaxt klubu ilə səfər oyununda qalib gəlib.

Əvvəlki 6 səfər matçında 1 qol və 1 xala sevinən “Sumqayıt” “İnter Arena”da 3:2 hesabı ilə qalib gələrək, ilki gerçəkləşdirib.

Bu qələbə sumqayıtlıların Premyer Liqada 30-cu – yubiley uğuru olub. Buna 148-ci qarşılaşmada nail olan komanda 41 heç-heçə edib və 77 dəfə uduzub. “Sumqayıt”ın 30 qələbəsindən 22-si evdə, 8-si səfərdə əldə olunub.

Qalib gəldiyi oyun sayında Premyer Liqa tarixinin 28-ci komandası görüşdüyü 12 komandadan 11-ni məğlub edib. Sumqayıtlılar “Xəzər Lənkəran”, “Kəpəz”, “Qarabağ”ı 4, AZAL, “Turan”, “Neftçi”ni 3, “Bakı”, “Rəvan”, “Simurq”, “İnter”i 2, “Qəbələ”ni 1 dəfə üstələməyi bacarıb. Onlar yalnız 1 dəfə görüşdüyü “Zirə” üzərində qələbə qazana bilməyib.

5-ci mövsümünü keçirən Sumqayıtın eyniadlı təmsilçisi 2011/12-də 6, 2012/13-də 9, 2013/14-də 5, 2014/15-də 7, 2015/16-da 3 dəfə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43