Ölkə futbolu

Superkubok: “Xəzər Lənkəran” və “Neftçi”nin yolunu gözləyirik”

“Xəzər Lənkəran” və “Neftçi” arasında Naxçıvanda keçiriləcək Superkubok matçına 2 həftədən də, az vaxt qalıb.

“İbrahimxəlil Axundlu” stadionu da sözügedən qarşılaşmaya hazırdı. Arenanın direktoru İbrahim Rzayev stadionun prinsipial rəqiblərin oyunu üçün tam hazır olduğunu bildirib:

“Stadionumuz hazırdı. Qazon da əla vəziyyətdədi. Həm “Xəzər Lənkəran”, həm də “Neftçi”ni  qəbul etmək üçün hər cür şəraitimiz var. Stadionumuz təmirdən yeni çıxıb və əla vəziyyətdədi. “Xəzər Lənkəran” və “Neftçi”nin yolunu gözləyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43