Dünya futbolu

Təcrübəli müdafiəçi “Borussiya” ilə müqaviləsini uzatdı

Dortmund “Borussiya”sı Mats Hummelsin müqaviləsini uzadıb.

İdmanxeber.az “BILD” nəşrinə əsasən məlumat verir ki, Dortmund klubu təcrübəli müdafiəçinin mövsümün sonunda bitəcək sözləşməsini 2025-ci ilin yayına qədər artırıb.

Hummels “Borussiya”da 2-ci dönəmini yaşayır. O, klub tarixinin ən çox oyuna çıxan ikinci oyunçusudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43