Kateqoriyasız

Toşaklı XL Lənkəranı tərk edir

Topaz Premyer Liqasının VII turu çərçivəsində səfərdə AZAL klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir. Dünən bir məşqlə kifayətlənən “ağ-yaşıllar” bu gün ikiqat çalışacaq.

Saat 10:30-da və saat 18:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq “Xəzər Lənkəran”ın daha bir hazırlığı sabah səhər saatlarına planlaşdırılıb. 12-ci oyunçu azarkeş saytından bildirilib ki, məhz sabah baş tutacaq hazırlıq prosesinin ardından komanda Lənkəranı tərk edərək paytaxta yollanacaq.

Xatırladaq ki, AZAL- “Xəzər Lənkəran” qarşılaşması sentyabrın 22-də AZAL Arena stadionunda keçiriləcək. Saat 18:00-da start götürəcək qarşılaşma heç bir televiziya kanalı ilə yayımlanmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43