Dünya futbolu

“Tottenhem” də “Ayaks”la bacarmadı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsi başlayacaq.

Final uğrunda mübarizəyə Londonda start veriləcək. Burada “Tottenhem” turnirin sürpriz komandası “Ayaks”ı qəbul edəcək.

Hollandiya təmsilçisinin qrup səddini aşdıqdan sonra “Real” və “Yuventus” kimi nəhəngləri, ingilislərin isə Dortmund “Borussiya”sı ilə “Mançester Siti”ni mübarizədən kənarlaşdırması hər iki komandanın finala iddialı olmasından xəbər verir.

Qeyd edək ki, mərhələnin digər ilk oyununda sabah “Barselona” “Liverpul”u qəbul edəcək.

30 aprel

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

23:00.”Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya) 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43