Dünya futbolu

Ünal Aysal: “Mən diktator deyiləm!”

"Qalatasaray"ın prezidenti Ünal Aysal maraqlı açıqlamaları ilə diqqət çəkib.

"Beyaz Tv"-də yayımlanan "Beyaz futbol" verlişində danışan Aysal Fatih Terim haqda bunları deyib:
"Aramızda ara-sıra anlaşılmamazlıqlar olub, amma dünənki dünəndə, bugünkü bugündə qalır. "Qalatasaray"ı qarşıda çətin marafon gözləyir".

Özü haqda gəzən söz-söhbətlərə isə Aysal belə aydınlıq gətirib.
"Mənə diktator demələri çox yanlışdır. Mən diktator deyiləm!  "Qalatasaray" böyük camiədir və ara-sıra belə şeylər olur". 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43