Ölkə futbolu

“Xəzər Lənkəran”ın 4 oyunu canlı yayımlanacaq – ÖZƏL

“Xəzər Lənkəran” Türkiyənin Ərzurum bölgəsindəki hazırlığını bitirdikdən sonra Sloveniyaya yollanacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, hazırlığın ikinci dövrəsini Sloveniyada davam etdirəcək Cənub komandası burada 4 yoxlama matçı keçirməyi planlaşdırır. 

Rəqiblərin adları hələ məlum olmasa da, baş tutmalı olan 4 matç canlı yayımlanacaq. 

Belə ki, “Xəzər Lənkəran”ın keçirəcəyi bütün yoxlama oyunları klub TV-sində canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43