Kateqoriyasız

“Xəzər Lənkəran”ın futbolçusu: “Biz elə əvvəlcədən bilirdik ki, 17 nəfərə qarşı oynayacağıq”

“Bu oyun çox gözəl alındı. Komanda yoldaşlarıma təşəkkür edirəm ki, belə göğzəl mübarizə apardılar. Mən özüm çox istəyirdim ki, bu kuboku Lənkərana aparaq”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın gənc üzvü Kamran Abdullazadə deyib.

“Neftçi” ilə superkubok matçının ikinci yarısında Ağabala Ramazanovun əvəzinə meydana çıxan Abdullazadə hakimin ilk hissədə verdiyi penaltini ləğv etməsi ilə bağlı düşüncələrini bildirib:

“Hakimliklə bağlı həmişə bizdə belə olub. Biz elə əvvəlcədən bilirdik ki, 17 nəfərə qarşı oynayacağıq. Yəni 11 futbolçu, 6 hakim. Öncə penalti verir, sonra qərarını dəyişir, sarı kartı ləğv edir. Hakimliklə bağlı çox danışmaq istəmirəm. Əsas olan qələbə qazanmağımız idi. Bu mənim hərbi xidmətə getməmişdən öncə aldığım ən gözəl hədiyyə idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43