Müsahibə

“Xəzər Lənkəran”ın “Raşka”sı: “Bu il çempionatda tam başqa bir oyun sərgiləyəcəyik” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanovun idmanxeber.com-a müsahibəsi.

– Məşqlər necə gedir?

Şükür, hər şey yaxşıdır. Gündə iki dəfə məşq edirik. Hər şey qaydasındadır.

– "Rizəspor"la yoxlama görüşü keçirdiz və qolsuz bərabərliklə 2014-cü ilə start verdiz. 

"Rizəspor" Superliqa klubudu və yaxşı komandadır. Həm də onlar çempionata yaxşı start götürmüşdülər və sonradan ağsadılar. Bu rəqibimizin gücündən xəbər verir. Bu oyunun gərgin olacağını da öncədən bilirdik. İlk oyunumuz idi və komanda yaxşı oynadı. Sadəcə qol vura bilmədik. 

– Hələ də hücumçu problemi "Xəzər Lənkəran"da davam edir…

Deməzdim, əsas daxili çempionatdı. Orada vuracayıq.

– Növbəti yoxlama matçında da Superliqa klubu ilə qarşılaşacaqsınız. Bu dəfə "Gənclərbirliyi"…

Bizim üçün bu oyunlardakı nəticələr o qədər önəmli deyil. Əsas çempionatdakı oyunlarımızdı. İnanıram ki, bu il komandamız çempionatda tam başqa bir oyun sərgiləyəcək. 

– Səncə, Antalya toplanışı "Xəzər Lənkəran"a nə verəcək?

Yaxşı olacaq hər şey. Biz burdakı hazırlığımızın bəhrəsini çempionatda görəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43