Ölkə futbolu

“Yaxşı oynadığımızı deyə bilmərəm” – Sənan Qurbanov

Topaz Premyer Liqasının XIII turunun “Qəbələ” – “Zirə” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

38 yaşlı mütəxəssis bunları deyib:

“Keşlə” ilə matçda yaxşı oynamışdıq. Bu dəfə komandada bir az boşalma hiss etdim. Çalışdıq bunu aradan qaldıraq. Həmişə qələbədən sonra müsbət məqamları daha da yaxşılaşdırmaq istəyirik. Bu matçda yaxşı oynadığımızı deyə bilmərəm. Mübarizə apardıq. Təəssüf ki, real qol vəziyyətimiz olmadı. Ceyms Adeniyinin yoxluğu hiss olundu. Ön xətdə kəsərli hücum yarada bilmədik. Ceymslə Stiven Monrozun anlaşmasının üzərində məşqlərdə də işləyirik və bəhrəsini görmüşük. Bu dəfə Monroz tək qalmışdı. Oyunun dünən keçirilən hissəsindən narazı qalmışdım. Həmin bölümü analiz etdik. Futbolçulara da çatışmazlıqları göstərdik. Bu gün oyunçularda istək var idi. Amma tələskənlik hiss olunurdu. Futbolçular hücuma çıxanda daha çox tələsirdilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43