İdman

Yığmamız Türkiyəni məğlub etdi

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası üçüncü oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə yığması ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43