İdman

Yunanıstan klubundan Araz Abdullayevə təklif

Araz Abdullayev karyerasını yenidən Yunanıstan çempionatında davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin yarımmüdafiəçisi sabiq klubu Panionios”dan təklif alıb.Yunanıstan mətbuatı Arazın “Qəbələ” ilə danışıb, “Panionios”a keçmək üçün ortaq məxrəcə gəldiyini də yazıb.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Kiprin “Anortosis” klubunda keçirən A. Abdullayev 2011-ci ilin dekabrından 2012-ci ilin fevralına qədər “Panionios”un formasını geyinib və bu komandanın heyətində 8 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43