İdman

“Yuventus” Buffonu onunla əvəzlədi – RƏSMİ

Canluici Buffonla yollarını ayıran İtaliya çempionu “Yuventus” ona əvəzləyici tapıb.

Turin təmsilçisi “Cenoa”dan Mattia Perini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Turinlilər İtaliya millisinin üzvü üçün qarşı tərəfə 12 milyon avro təzminat ödəyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43