Kateqoriyasız

“Neftçi” “Qəbələ”yə qalib gəldi, “Zirə” 4-cü pilləyə yüksəldi

Misli Premyer Liqasında 14-cü tur davam edir.

İdmanxeber.az-ın məlumatına görə, günün ilkl matçında “Zirə” “Səbail”i qəbul edib. Görüş ev sahibi komandanın minimal heablı qələbəsi ilə sona çatıb – 1:0.

Günün digər görüşündə isə “Neftçi” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. “Ağ-qaralar” matçda 2:0 hesabı ilə qalib ayrılıb.

12 noyabr (şənbə)

16:00. “Zirə” – “Səbail” 1:0
Hakimlər:
 Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu

18:30. “Neftçi” – “Qəbələ” 2:0

Qollar: Kenni Sayef, 24, Rəhman Hacıyev, 76
Hakimlər
: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43