Ölkə futbolu

“Zirə” 3 futbolçu ilə yollarını ayırdı

Avropa Liqasına vəsiqə qazanan “Zirə” heyətlə bağlı çalışmalara start verib.

Komandanın baş məşqçisi Ayxan Abbasov müqaviləsi başa çatan 3 futbolçu ilə yolları ayırmağı qərara alıb. Anlaşması başa çatan Tural Cəlilov və Yamin Ağakərimzadə ilə yanaşı, icarə müddəti bitən Migel Lorensoya yeni müqavilə təklif olunmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43