Səudiyyə Ərəbistanı “Əl-İttihad”ı “Liverpul”un hücumçusu Məhəmməd Salahı transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, ərəblər 31 yaşlı futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır. “Əl-İttihad” rəhbərliyi hesab edir ki, belə bir məbləğ misirli ilə ayrılmaq istəməyən “Liverpul”un baş məşqçisi Yurgen Kloppun mövqeyini dəyişə bilər.
İngiltərə klubu bu təklifi qəbul etsə, o zaman transfer Səudiyyə liqası tarixində (bonuslar nəzərə alınmasa) ən bahalı keçid olacaq.

