Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Yunion” – “Braqa” matçını idarə edib.
İdmanxeber.az-ın məlumatına görə, 6 qolun qeydə alındığı və qalibin müəyyənləşmədiyi (3:3) matçda Ağayev 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən Jan Tyerri Lazar və Senne Linenə, qonaqlardan isə Fabiano Silva ilə Siko Niakateyə sarı vərəqə göstərib.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli laynsmanlar qismində köməklik göstərib. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

