20 İyun 2026
Kateqoriyasız

“Mənim də xəyalım var idi ki…” – “Qarabağ”ın legioneri

“Qarabağ”ın futbolçusu Julio Romao “Olimpiakos”la matçdan sonra (0:0) jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Çətin oyun olacağını bilirdik. Səfərdəki oyundan fərqi oldu. “Olimpiakos”a hörmətlə yanaşdıq. Qələbə qazana bilərdik. Şansımız var idi. Gələcəyə baxmaq, işləmək lazımdır.

– 4 oyuna 7 xalı uğurlu hesab edirsiz?
– Ümumi götürəndə, pis nəticə deyil. Daha çoxunu edə bilərik. Öz üzərimizdə işləyə bilərdik. Yaxşısına ümid edirik.

– Oyundan sonra Marselo ilə görüşdüz, nəsə danışdız. Onunla şəxsi tanışlığınız var?
– Şəxsi tanışlığımız yoxdur. O da Riodandır, mən də. Nəzərə alaq ki, o, futbol əfsanəsidir. Məni az da olsa tanıyır. Həm də ona qarşı oynadım. Bundan şərəf duyuram.

– Ağlına gələrdi nə vaxtsa Marseloya qarşı oynayarsan?
– Hər futbolçunun arzusu olur. Mənim də xəyalım var idi ki, nə vaxtda əfsanəvi futbolçulara qarşı oynayaram. Amma bu qədər tez olacağını bilmirdim. “Santa Klara”da olanda mənə anidən təklif gəldi. Ötən həftə, bu həftə də mənim ideallarımdan biri olan futbolçuya qarşı oynadım. Hadisələrin belə tez cərəyan etməsini gözləmirdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43