“Əl-Əhli” Rodriqo de Paul üçün “Atletiko”ya (Madrid) 32 milyon avroluq təklif verib.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanda oynamaq üçün Madrid klubunu tərk etmək istəmir. Paytaxt təmsilçisi isə dünya çempionunu satmaq üçün 80-90 milyon avro tələb edir.
De Paul “Atletiko”da 88 oyuna 7 qol vurub və 10 məhsuldar ötürmə edib.

