Kateqoriyasız

Ərəblərin heyəti açıqlandı: Hansı futbolçular millimizə qarşı oynaya bilər?

Bəhreyn yığmasının Azərbaycan ilə keçirəcəyi yoldaşlıq matçı üçün heyəti açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçisi Helio Souza qarşıdakı oyunlara 30 oyunçu çağırıb.

Qapıçılar: Hamad Əl-Dosari (“Əl Halah”), Seyid Məhəmməd Cəfər (“Muharraq”), Seyid Şubbar Alavi (“Riffa”), Mahbub Yəhya (“Budaiya”);

Müdafiəçilər: Səyid Məhəmməd Adnan, Ahmed Bughammar, Raşed Əl-Houti (hamısı “Əl-Hidd”), Valid Əl-Hayam, (“Muharraq”), Əhməd Abdulla, Əli Madan (hər ikisi “Nacma”), Seyid Baqer (“Riffa”), Abdullah Əl-Haza (“East Riffa”), Əhməd Nabil, Məhəmməd Adel, (hər ikisi “Manama”);

Yarımmüdafiəçilər: Məhəmməd Abdulvahab, Abdulvahab Əl-Malod, (hər ikisi “Əl-Hidd”), Məhəmməd Əl-Hardan (“Muharraq”), Seyid Redha İsa (“Riffa”), Kamil Əl-Asvad (“Riffa”), Əhməd Musa, İssa Əli Cihad, İsa Musa (hamısı “Manama”), Səyid Ziya (“Əl-Nəsr”, Küveyt”);

Hücumçular: Yassim Əl-Şeyx, Mehdi Humaydan (“Əl-Əhli”), İsmayıl Abdullətif (“Muharraq), Əli Haram (“Riffa”), Sami Əl-Husayni (“East Riffa”), Məhəmməd Əl-Rumayhi (“East Riffa”), Abdulla Yusif (“Slaviya”, Praqa Çexiya).

Oktyabrın 9-da Bəhreyn Milli Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv oktyabrın 13-də AÇ-2020-nin seçmə mərhələsində səfərdə Macarıstanla qarşılaşacaq. Bəhreyn isə oktyabrın 15-də İranı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43