İdman

1-ci diviziondakı hakim təyinatları: 1 stadionda 3 oyun

Futbol üzrə Azərbaycan I Divizionunda II turun oyunlarının bütün təyinatları açıqlanıb. 

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu gün startı veriləcək tura sentyabrın 16-da yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən bir neçə hakim – Rəvan Həmzəzadə, Rauf Cabbarov, Ramil Diniyev, Ömər Paşayev və İnqilab Məmmədov I divizion matçlarına təyinat alıblar.

 

Diqqətçəkən digər məqam bir turda eyni stadionda 3 qarşılaşmanın keçirilməsidi. Belə ki, bu gün “Şərurspor” – “Bakılı”, sabah “Səbail” – MOİK, sentyabrın 16-da isə “Rəvan” – “Zaqatala” qarşılaşması “Bayıl Arena”da oynanılacaq.
 

 

I divizion

II tur

 

14  sentyabr (çərşənbə)

18:00. “Şərurspor” – “Bakılı”
Hakimlər: Rəvan Həmzəzadə,  Azər Əsgərov, Vüsal Qənbərov, Elxan Müslümov
Hakim-inspektor: Rüfət Əliyev
“Bayıl Arena”

15 sentyabr (cümə axşamı)
 

15:30. “Səbail” – MOİK
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Cəmil Quliyev, Etibar Həsənov 
Hakim-inspektor: Samir Kərəmov
“Bayıl Arena” (CBC Sport, canlı)

16:00. “Turan Tovuz” – “Göyəzən”
Hakimlər: Namiq Bəkirov, Ruslan Nəsibov, Ruslan Quliyev, Elçin Abdullayev
Hakim-inspektor: Zöhrab Qədiyev
Tovuz şəhər stadionu

16:00. “Energetik” – “Qaradağ Lökbatan”
Hakimlər: Ziya Nəsirov, Habil Əliyev, Aleksandr Musatkin, Kərim Kərimov
Hakim-inspektor: Namiq Qasımov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

16 sentyabr (cümə)

16:00. “Ağsu” – “Mil Muğan”
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Teymur Teymurov, Nail Nağıyev
Hakim-inspektor: Əvəz Şıxıyev
Ağsu şəhər stadionu

16:00. “Şahdağ” – “Şəmkir”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Qorxmaz Eldarov
Hakim-inspektor: Rufulla Kərimov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu

16:00. “Rəvan” – “Zaqatala”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Musayev, Emin Nağıbəyov
Hakim-inspektor: Rüfət Hüseynov
“Bayıl Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43