Dünya futbolu

Xavi Mourinyonun rekordunu qıra bilər

“Barselona”nın baş məşqçisi Xavi Hernandes Joze Mourinyonun rekordunu qıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı çalışdırıcının komandası cari mövsüm qapısında cəmi 9 qol görüb.

Avropa liqalarında bir mövsümdə ən az qol buraxan komanda “Çelsi”dir. Joze Mourinyonun baş məşqçi olduğu dönəmdə “zadəganlar” cəmi 15 qol buraxmışdı.

2004-05 mövsümündə qeydə alınan rekord dönəmini “Çelsi” çempion kimi tamamlayıb.

“Barselona” qalan 8 oyunda 6 qol daha buraxmasa, Xavi Mourinyonun rekordunu qıracaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43