Kateqoriyasız

Millimizin səbəti bəlli oldu

Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.az məlumat verir ki, Azərbaycan milli komandası C Liqasında mübarizə aparacaq.

Millimiz Liqanın ikinci səbətində yer alacaq.

Turnirin ilk turu 5-7 sentyabr tarixlərində oynanılacaq.

Liqa A
1-ci səbət. İspaniya, Xorvatiya, İtaliya, Niderland
2-ci səbət. Danimarka, Portuqaliya, Belçika, Macarıstan
3-cü səbət. İsveçrə, Almaniya, Polşa, Fransa
4-cü səbət. İsrail, Bosniya və Hersoqavina, Serbiya, Şotlandiya

Liqa B
1-ci səbət. Avstriya, Çexiya, İngiltərə, Uels
2-ci səbət. Finlandiya, Ukrayna, İslandiya, Norveç
3-cü səbət. Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
4-cü səbət. Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan

Liqa C
1-ci səbət. Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
2-ci səbət. Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
3-cü səbət. Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
4-cü səbət. Belarus, Litva (və ya Cəbəllütariq), Estoniya, Latviya

Liqa D
1-ci səbət. Cəbəllütariq (və ya Litva), Moldova
2-ci səbət. Malta, Andorra, San Marino, Lixtenşteyn.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43