11 İyul 2026
Ölkə futbolu

“3 xal qazandığımız üçün xoşbəxtik” – Belçika millisinin baş məşqçisi

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Bakıda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis “Dalğa Arena”da baş tutan qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib:

“Performansımız ürəkaçan olmadı, daha yaxşı olmalı idik. 3 xal qazandığımız üçün xoşbəştik. Bu kimi oyunlarda ikinci qolu vurub, oyunu “öldürmək” lazımdır. İkinci topu vurduqdan sonra rəqibin ümidləri ölür”.

Gənc çalışdırıcı Azərbaycan millisi barədə xoş sözlər işlədib: “Çox adama elə gəlirdi ki, rahat olacaq. Meydança da yaxşı vəziyyətdə deyildi. Rəqib də futbol oynayırdı, şanslar yaradırdı. Bir neçə epizodda çətinlik çəkdik. Renat Dadaşovun başla zərbəsin qapıçımız çətinlik çəkdi. Belə matçlarda qələbə qazanmaq vacibdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43