08 İyun 2026
Dünya futbolu

Arda “Real”dan ayrılır? – özü açıqladı

Türkiyəli futbolçu Arda Güler “Real”dakı gələcəyindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, gənc oyunçu Madrid klubundan ayrılacağı barədə çıxan iddialara belə münasibət bildirib:

“Real”da oynamaq və bu komandanın bir parçası olmaq üçün gəlmişəm. Bunu bacarana qədər mübarizəni dayandırmayacağam”.

Xatırladaq ki, Ardanın “kral klubu”nda az forma şansı qazandığı üçün ayrılmaq istədiyi iddia edilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43