08 İyun 2026
Ölkə futbolu

Azarkeşlər millinin oyununa maraq göstərmir – cəmi bu qədər bilet satılıb 

Bu gün milli komandamız növbəti yoxlama oyununu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı kollektiv Bakıda Belarusla üz-üzə gələcək. Milli komandamız bu gün ilk dəfə “Bank Respublika Arena”da meydana çıxacaq.

Görüşə azarkeşlər tərəfindən maraq elə də böyük deyil. Bu saata qədər qarşılaşmaya cəmi 2000 bilet satılıb.

Qeyd edək ki, Azərbaycan – Belarus matçına saat 21:45-də start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43