Premyer Liqanın VIII turunda keçiriləcək "Xəzər Lənkəran" – "İnter" matçının "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacağı deyilsə də, bu baş verməyəcək.
Lənkəran mərkəzi stadionunda keçiriləcək oyun heç bir televiziya vasitəsilə canlı yayımlanmayacaq. Bu barədə idmanxeber.com-a "Xəzər Lənkəran"ın mətbuat xidmətindən məlumat verilib.
Oyun Cənub təmsilçisinin rəsmi saytından canlı yayımlanacaq.
Qeyd edək ki, maçt 19:00-da başlayacaq.