“Qarabağ”ın aparıcı üzvü Riçard Almeydanın idmanxeber.com saytına müsahibəsi.
– AZAL-ı məğlub edərək 1/4 finala yüksəldiniz. Bu oyunla bağlı düşüncələrinizi bilmək istəyərdim.
AZAL-ı tanıyırdıq və çətin olacağını bilirdik. Həmişəki kimi təkə-tək futbol oynayırlar. Biz əlimizdən gələni elədik ki, “Qarabağ” qalib gəlsin. Daha üst səviyyədə çıxış etdiyimizə görə komandanı təbrik edirəm.
– Qırmızı vərəqəyə kimi demək olar ki, istədiyiniz oyunu sərgiləyə bilmirdiniz. Buna səbəb nə idi?
AZAL yaxşı müdafiə olunur. Onların bu müdafiəsini yarmaq çətin olur. Bundan əlavə rəqibin futbolçuları sərt oynayırlar.
– Premyer Liqada həftəsonu “Neftçi” ilə vacib oyuna çıxacaqsınız. Bununla bağlı nə deyərdin?
Çətin oyun olacaq. İnanıram ki, ilk dövrədəki matçdan fərqli, bu dəfə azarkeşlər daha gözəl oyun görəcəklər.
– “Neftçi”dəki braziliyalı dostlarınla bu matç öncəsi söhbət etmisənmi?
Yox.
– Flavinyonun bağışlanmasından yəqin ki, xəbərin var…
Bəli. Bizə kimin oynamasının fərqi yoxdu. Kim oynayır oynasın, fərq etməz…
– Artıq bir neçə turdur ki, qol vurmaqda çətinlik çəkirsən.
Top qapıya getmir. Bir neçə dəfə zərbə endirsəm də, hədəfə düşə bilmirəm.