“Biz “Neftçi”ni ittiham edə bilmərik. İki variant var idi: razılaşmaq və razılaşmamaq. Onlar da ikinci ilə razılaşdılar. Bu hər klubun başına gələ biləcək bir şeydi. Düzdü şifahi danışıqlar olmuşdu və hiss olunurdu ki, razılaşacaqlar. Ancaq rəsmi deyildi”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi “Böyük oyun”un Bakıda hansı stadionda keçirəcəklərini hələ bilmədiklərini bildirib:
“Açığı stadion axtarırırq. Bilmirik ki, hansı stadionda oynayacağıq. Biz istəyirdik ki, Tofiq Bəhrəmovda oynayaq. Lakin 22-si orada “Qarabağ”ın oyunu var və inanmıram ki, eyni gündə iki oyunun olmasına razılıq verələr”.