Arda Turan Türkiyə – Holladiya matçında iştirak etməyəcək.
İdmanxeber.com-un məlumatına görə, Türkiyə millisinin üzvü Arda Turan cəzalı vəziyyətə düşüb. AVRO – 2016-nın qrup mərhələsi çərçivəsində keçirilən Türkiyə – Qazaxıstan qarşılaşması zamanı etdiyi simuliyasiyaya görə hakim tərəfindən cəzalandırılan ulduz futbolçu sarı kart limitini doldurub. Bu səbəbdən yarımmüdafiəçi seçmə mərhələnin növbəti Türkiyə – Hollandiya ilə görüşünü buraxmalı olacaq.