“Beşiktaş”la derbidə yerli azarkeşlər tərəfindən fitə basılan “Fənərbağça”nın hücumçusu Emanuel Emenike səssizliyini pozub.
İdmanxeber.com-un məlumatına görə, nigeriyalı oyunçu həmin oyunda formanı çıxardaraq meydandan çıxmaq istəməsini belə izah edib:
“Mən meydanda hər şeyimi qoyuram. Ancaq yenə məni bəyənmirlər. Niyə görə bunu mənə elədilər? Məni istəmirlər. Yenə meydana çıxsam söyüş söyüb, fitə basacaqlar. Mən necə oynayım? Meydana çıxacam, ən xırda səhvimdə belə mənə söyüş söyəcək, təhqir edəcəklər”.

