08 İyun 2026
Kateqoriyasız

Azərbaycanlı idmançı Ermənistanın himnini belə təhqir etdi (VİDEO)

Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda maraqlı hadisə baş verib.

İdmanxeber.com-un məlumatıla görə, 90 kq-də yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olub.

3-cü yeri isə belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşüblər.  

Qaliblərin mükafatlandırılması zamanı isə samboçumuz Bəxtiyar Abbasov qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə oturub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43