“Çingiz Abdullayevi yazıçı kimi tanıyıram. Onun əsasərlərini də oxumuşam. Ancaq bu təyinatı indicə eşitdim”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında milli komandamızın məşqçisi Elxan Abdullayev deyib.
“Neftçi” klubundakı prezident dəyişikliyi haqda danışan Abdullayev klubun başına yazıçı Çingiz Abdullayevin keçməsi haqda yayılan xəbərə belə münasibət bildirib:
“Mənim üçün “Neftçi”də kimin prezident olması fərqi yoxdu. Əsas odur ki, futbolumuza, “Neftçi” kimi komandaya xeyir versin. Guya o biri klubların prezidentləri futbol adamlarıdı? Başqa heç nə deyə bilmərəm. Öz işləridi. Uğur arzulayardım”.

