Xorvatiya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, millimizin hücumçusu Ruslan Qurbanovun şərəfini qoruduğu “Hayduk” səfərdə əzəli rəqibi RNK (Split) klubunu qonağı olub.
Qarşılaşmanın taleyini bir qol həll edib. Çikaleşinin matçın 43-cü dəqiqəsində penaltidən vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb – 1:0. İlk oyunda 1:1 hesabı qeydə alındığından, finala məhz RNK klubu yüksəlib.
Qurbanov 46-cı dəqiqədə meydana çıxsa da heç nə ilə yadda qalmayıb.

