29 Sentyabr 2024
Kateqoriyasız

“İnter”də ciddi itkilər: bu futboçular Zaqatalada meydana çıxmayacaqlar

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Simurq”la səfər oyununa çıxacaq “İnter” 4 futbolçusuzunun xidmətindən məhrum olub.

İdmanxeber.com-un məlumatına görə, Bank klubunda zədəli olan Nildo Franka, Giorgi Lomaya və Asif Məmmədovdan sonra daha bir futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, ötən tur AZAL ilə matçda sarı vərəqə alan və bununla da 4 sarı vərəqə almaqla cəzalı duruma düşən Coşqun Diniyev də Zaqatalaya aparılmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43