11 İyul 2026
Kateqoriyasız

Azərbaycanlı qapıçıya “Ayntraxt”da xüsusi diqqət

“Ayntraxt”da forma geyinən azərbaycanlı qpaıçı Emil Balayev diqqət mərkəzindədi.

İdmanxeber.com-un məlumatına görə, Frankfurt klubunun çalışdırıcısı Tomas Şaaf millimizin üzvüı xüsusi diqqət ayırır.

Bu barədə Almaniyanın “Kicker” nəşri yazıb.

Bundesliqa təmsilçisi haqda dərc olunan məqalənin kiçik bir bölümünü sizə təqdim edirik: “Məşq zamanı baş məşqçi Tomas Şaaf Emil Balayevə xüsusi diqqət yetirir. Yəqin ki, azərbaycanlı qolkiper növbəti mövsüm komandanın ikinci qapıçısına çevriləcək. Feliks Vidvaldın “Verder”ə keçidi demək olar ki, yekunlaşıb. “Ayntraxt”ın əsas qapıçısı isə Kevin Trapp olacaq”.

Qeyd edək ki, E.Balayev ötən ilin dekabr ayında “Neftçi”dən “Ayntraxt”a transfer edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43