10 İyul 2026
Ölkə futbolu

“Qəbələ” Avroliqa planının icrasına başladı: iki oyunçunun keçidi həll olundu!

“Qəbələ” iki oyunçunu heyətinə qatır.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək Roman Qriqorçukun komandası “Sumqayıt”ın qapıçısı Andrey Popoviç və “Simurq”un yarımmüdafiəçisi Samir Zərgərovu heyətinə qatıb.

Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçular yay hazırlığının ilk günlərində komandaya qoşulacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43