Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın son turunda “Fənərbaxça” – “Balıkəsirspor” matçında yerli azarkeşlərin intizamsızlığını cəzasız qoymayıb.
İdmanxeber.com-un məlumatına görə, İK-in qərarına əsasən “Fənərbaxça” növbəti turda azarkeşsiz oynamaq məcburiyyətində qalacaq.
Bundan əlavə “Fənərbaxça”ya 250 min TL miqdarında pul cəzası da kəsilib.

