09 İyul 2026
Kateqoriyasız

Avropa Liqası: “Dnepr” və “Sevilya” finalın astanasında – VİDEOLAR

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, hər iki oyunu eyni gündə baş tutub.

İspaniyada "Sevilya" "Fiorentina"nı qonaq edib. Üç qolun vurulduğu qarşılaşmada ispanlar qələbə qazanan tərəf olub.

İtaliyada isə "Dnepr" "Napoli"yə uduzmamaqla final şansını yüksəldib.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları mayın 14-də keçiriləcək.

Avropa Liqası, yarımfinalın ilk oyunları



7 may


“Sevilya” (İspaniya) – “Fiorentina” (İtaliya) – 3:0

Qollar: Vidal, 17, 52, Qameyro, 75

Baş hakim: Feliks Brix (Almaniya)

Sevilya. Ramon Sançes Pisxuan stadionu



“Napoli” (İtaliya) – “Dnepr” (Ukrayna) – 1:1

Qollar: Lopes, 50 – Seleznyov, 81

Baş hakim: Sveyn Moen (Norveç)

Neapol. San Paolo stadionu 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43