09 İyul 2026
Dünyadan

“Fənərbaxça” sərt cəzalandırıldı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın son turunda “Fənərbaxça” – “Balıkəsirspor” matçında yerli azarkeşlərin intizamsızlığını cəzasız qoymayıb.

İdmanxeber.com-un məlumatına görə, İK-in qərarına əsasən “Fənərbaxça” növbəti turda azarkeşsiz oynamaq məcburiyyətində qalacaq.

Bundan əlavə “Fənərbaxça”ya 250 min TL miqdarında pul cəzası da kəsilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43