09 İyul 2026
Dünyadan

Ronaldodan insanlıq nümunəsi: Bu dəfə 7 milyonundan keçdi (FOTO)

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo növbəti xeyirxah addımı ilə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, portuqlaiyalı hücumçu bu dəfə Nepalda zəlzələdən əziyyət çəkənləri unutmayıb. 

O, 7500 insanın həlak olduğu zəlzələdən sonra “Save The Children” fonduna 7 milyon avro bağışlayıb. Təcrübəli futbolçu uşaqların xilas edilməsi üçün hər kəsin səfərbər olmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Ronaldo daha öncə Fələstinin Qəzza bölgəsindəki ehtiyacı olan uşaqlara 1,5 milyon avro ayırmış, beynindəki xəstəlikdən əziyyət çəkən uşaq üçün 83 min dollar vermişdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43