27 Dekabr 2024
Kateqoriyasız

Rövnəq Abdullayev FİFA-nın prezident seçkisində

Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın 65-ci Konqresi öz işinə başlayb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sabah yekunlaşacaq Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edir.

Qeyd edək ki, Konqresdə FİFA prezidenti vəzifəsinə iki namizəd – hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn – arasında seçki keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43