Azərbaycan milli komandasının heyətində təlim-məşq toplanışında olan 4 futbolçu – Elvin Camalov, Elnur Cəfərov, Coşqun Diniyev ve Emil Balayev bu gündən etibarən Danimarkada toplanışda olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq prosesinə qoşulacaqlar.
İdmanxeber.com-un xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Xatırladaq ki, U-21 iyunun 17-də “Avro-2017″nin seçmə mərhələsi çərçivəsində səfərdə Farer adaları yığması ilə qarşılaşacaq.