27 Dekabr 2024
İdman

1/4 finala vəsiq qazanan Pərviz Bağırov: “Çempion olmaq istəyirəm”

“Birinci görüşdə həyəcan olduğu üçün 60 faiz gücümü göstərə bildim.”

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Bakı-2015” Avropa Olimpiya oyunlarının  boks yarışlarında 69 kq-da mübarizə aparan və 1/8 finalda moldovalı idmançını məğlub edərək  1/4 finala vəsiq qazanan idmançımız Pərviz Bağırov deyib:

“Uzun müddət olar ki, döyüşmürdüm. 5 aydan sonra görüşə çıxanda adama biraz çətin gəlir. Rəqibim çox güclü idmançıdır, iki dəfə olimpiya idmançısı olub. Daha öncə onunla qarşılaşmışdım və qalib gəlmişdim. Növbəti rəqibimi də keçə biləcəyimi düşünürəm. Neçə ildir əziyyət çəkmişəm çempion olmaq istəyirəm.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43