29 Dekabr 2024
Kateqoriyasız

ŞOK! AZAL dağılır!

Azərbaycanda daha bir klub yolun sonuna çatıb. 

Söhbət AZAL-dan gedir. Mənbənin verdiyi məlumata görə, klub daxili iclasda bu qərar açıqlanıb.

Məlumatda o da bildirilir ki, AZAL bütün legionerləri ilə yollarını ayırıb. Şüvəlan klubu müqaviləsi davam edən bütün əcnəbi futbolçularıyla müqaviləni birtərəfli pozub. Bu gün və sabah Azərbaycanı qayıtması planlaşdırılan oyunçuların biletləri ləğv olunub.

Yerlilərə gəlincə, AZAL 4 futbolçusuna azad agent statusu verib. Aleksandr Şemonayev, Kərim Diniyev, Şəhriyar Rəhimov və yeni transfer Ayaz Mehdiyev Şüvəlan təmsilçisindən ayrılıb. Rəhbərlik adları çəkilənlərlə görüşüb və transfer vərəqələrini götürmələri istənilib. Müqaviləni qarşılıqlı pozmaqla.

sportinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43