19 İyul 2026
Kateqoriyasız

“Çelsi”yə 2-3 böyük futbolçu alınmalıdı” – Lempard

“Çelsi”nin sabiq futbolçusu Frenk Lempard komandanın hazırki durumunu dəyərləndirib.

İDmanxeber.com-un məlumatına görə, o bu barədə “Dail Mail” nəşrinə danışıb.

Əfsanəvi futbolçu bildirib ki, komandaya böyük şəxsiyyətlər lazımdı:

“Çelsi”də əsl şəxsiyyətlər çatışmır. Bu məni narahat edir. Böyük komandaya böyük şəxsiyyətlər lazımdı, yoxsa heç cür. Mən “Çelsi”dəki karyeram haqda danışmaq istəməzdim, hansı ki o dövrdə mənlə Droqba, Koul, Çex, Terri oynayırdı. Amma mənə görə Terri klubun son dəyişilməz siması idi. Komandaya 2-3 böyük futbolçu alınmalıdı. Yoxsa Premyer Liqada 11-ci pilləni tutmaq gülüncdü


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43